Cənubi Koreyada son sutka ərzində daha 34 nəfərdə koronavirus aşkarlanıb. Bu, aprelin 12-dən indiyədək ən yüksək göstərici olub. Belə ki, həmin gün 32 yoluxma halı qeydə alınıb, növbəti günlərdə isə xəstələnənlərin sayı günbəgün azalıb.
Bütün yeni yoluxma halları bir gənclə bağlıdır. O, mayın 1-dən 2-nə keçən gecə İtevon şəhərində 5 gecə klubunda olub və oradakı ziyarətçilərin bir çoxu ilə ünsiyyət qurub. Virusun yayılmasının qarşısını almaq üçün hökumət həmin vaxt bu klublarda olan 1,5 mindən artıq insanı axtarıb yoxlamağa qərar verib.
Ümumilikdə Cənubi Koreyada 10 min 874 yoluxma, 256 ölüm halı qeydə alınıb.
Tehsil-press.az