Messi Ronaldonu geridə qoydu

Messi Ronaldonu geridə qoydu Ən çox gəlir əldə edən futbolçuların siyahısı açıqlanıb.

"Barselona" klubunun ulduz hücumçusu Lionel Messi ötən il ən çox gəlir əldə edən futbolçu olub. Tehsil-press.az-n məlumatına görə,argentinalı futbolçu 2015-ci ildə 74 milyon avro qazanaraq bütün həmkarlarını geridə qoyub.
Messinin əzəli rəqibi “Real Madrid” klubunun portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo isə 67,4 milyon avro qazanıb.

Messi 2014-cü ildən müqaisədə 9 milyon avro artırıb.

Ronaldo bu göstərici ilə Messiyə məğlub olub. O, ən çox gəlir əldə edən futbolçuların siyahısında ikinci yerdə qərarlaşıb. Daha bir barselonalı Neymar isə 43,5 milyon avro ilə üçüncü olub. Ötən il ən çox gəlir əldə edən məşqçilərin də siyahısı açıqlanıb.
2015-ci ilin dekabr ayında “Çelsi”dən qovulan Joze Mourinyo bu göstəricidə birinci olub. Portuqaliyalı mütəxəssis ötən il 24 milyon avro qazanıb. İlk üçlükdə “Bavariya”nın baş məşqçisi Xosep Qvardiola və Rusiya yığmasının baş məqşçisi Fabio Kapello daxil olub.

Messi Ronaldonu geridə qoydu
Kriştiano Ronaldo rəqib komandanın qapıçısı ilə müdafiəçisini məyus edib
Bonusları və reklam müqavilələri də daxil edilib. Messi 2014-cü ildən müqayisədə 9 milyon avro artırıb. Kriştiano Ronaldo isə 13.4 milyon avro gəlirlərini artırıb. Messi "Barselona"nın heyətində yeddi dəfə İspaniya La Liqasının, üç dəfə İspaniya Kral Kubokunun, beş dəfə İspaniya Superkubokunun, dörd dəfə UEFA Çempionlar Liqasının, üç dəfə UEFA Super Kubokunun və iki dəfə FİFA Klublararası Dünya Kubokunun qalibi olub.
Messi UEFA Çempionlar Liqası yarışlarında ardıcıl dörd dəfə bombardir olan ilk və yeganə oyunçudur, həmçinin Messi yarış tarixində ən çox het-trik müəllifi olma rekordunu da özündə saxlayır.

tehsil-press.az

Oxşar xəbərlər