UNEC tələbələri Azərbaycan Biznes Keys Müsabiqəsinin qalibi olublar

UNEC tələbələri Azərbaycan Biznes Keys Müsabiqəsinin qalibi olublar Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri Azərbaycan Biznes Keys Müsabiqəsinin (Azerbaijan Business Case Competition) qalibi olublar.
Yarışın final mərhələsində Beynəlxalq İqtisadiyyat Məktəbinin IV kurs tələbələri Turqay Nəsirli, Nizgan Cəbiyeva, Arif Mirzəyev və Vüsalə İslamova rəqiblərindən yüksək nəticə göstərərək 1-ci yerə çıxıblar.
Beynəlxalq İqtisadiyyat Məktəbinin 4-cü kursunda təhsil alan Banuçiçək Qurbanova, Rəsul Əliyev, Cavanşir Qafarov, Nüşabə Məmmədova isə yarışmada 2-ci yerə layiq görülüblər.
Müsabiqənin nəticələrinə əsasən birinci yeri tutan komanda 6000 manat, ikinci yeri tutan komanda isə 3000 manat dəyərində pul mükafatı qazanıb.

Tehsil-press.az


Oxşar xəbərlər