Gənclər və İdman Nazirliyi, UNEC Karyera Mərkəzi və İnnovativ Biznes İnkubatorunun təşkilatçılığı ilə “Gələcəyini sən qur” adlı biznes simulyasiya yarışı təşkil edilib.
“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində keçirilən yarışın məqsədi gənclərin iqtisadi biliklərinin artırılmasıdır.
Yarışda 5 universitetdən 15 komanda iştirak edib. Komandalar sahib olduqları virtual şirkətin perspektivlərini və biznes imkanlarını qiymətləndirib, digər şirkətlərlə sərfəli şərtlərlə virtual əqdlər bağlayıblar. 6 mərhələdən ibarət olan yarışda komandalar sahib olduqları resursları sərfəli qiymətə satmağa və virtual kapitalın artırılmasına çalışıblar.
Oyun çərçivəsində alıcı və satıcı qismində çıxış edən komandalar üçün qiymət dəhlizi müəyyən edilib və əmtəənin qiyməti üzərində razılaşmalar aparılıb. Hər mərhələnin sonunda əqdlər təsdiqlənib, məlumatlar vahid bazaya daxil edilib və aralıq nəticələr komandalara bildirilib. Bütün mərhələlərin yekununda maksimal mənfəət əldə edən komanda qalib adını qazanıb.
Yarışda hər üç yerin sahibi UNEC-i təmsil edən komandalar olub. Birinci yerə SABAH Mərkəzi və Biznes və menecment fakültəsinin birləşmiş komandası, ikinci yerə Beynəlxalq İqtisadiyyat Məktəbinin komandası və üçüncü yerə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrlərindən ibarət komanda layiq görülüb.
Qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıblar.

UNEC-in Mətbuat Xidməti