Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin altı tələbəsi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və “PAŞA Bank”ın birgə həyata keçirdiyi “Mən PAŞA Bank təqaüdçüsüyəm” layihəsinin qalibi olub.
Layihədə respublikanın ali təhsil müəssisələrində iqtisadyönümlü ixtisaslar üzrə əyani təhsil alan III və IV kurs tələbələri iştirak ediblər. Anketin motivasiya hissəsini dolğun yazan tələbələrin esseləri plagiat proqramından keçdikdən sonra onlar müsahibəyə dəvət ediliblər. Müsahibədən uğurla keçən 20 tələbə layihənin qalibi olub. Qaliblərə bir il müddətində hər ay 145 manat məbləğində təqaüd veriləcək.
Təqaüd proqramının həyata keçirilməsində məqsəd yerli və ali təhsil müəssisələrində təhsil alan istedadlı və ictimai fəal tələbələri həvəsləndirmək, eləcə də dövlət və qeyri–dövlət sektorları üçün güclü insan resurslarını təmin etmək və gələcək lider rəhbərlərin inkişafını möhkəmləndirməkdir.

UNEC-in Mətbuat Xidməti