15 ildən sonra Türkiyə XİN rəhbəri İsrailə gedir

15 ildən sonra Türkiyə XİN rəhbəri İsrailə gedir Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Fələstinə və İsrailə səfər edəcək.
Çavuşoğlu Türkiyə və Fələstin xarici işlər nazirlərinin 2010-cu ildə iki ölkənin diplomatik idarələri arasında yaradılmış Birgə Komitənin iclasında iştirak edəcək. O, həmçinin fələstinli həmkarı Riyad Maliki və ərəb dövlətinin başçısı Mahmud Abbasla da danışıqlar aparacaq.
Türkiyə XİN rəhbəri həmçinin İsrailə gedəcək və orada xarici işlər naziri Yair Lapidlə danışıqlar aparacaq. Danışıqlarda ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi planlaşdırılır. Bu, Türkiyə XİN rəhbərliyi səviyyəsində son 15 ildə İsrailə ilk rəsmi səfər olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər