Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyanya rəsmi səfərə gəlib.
Tehsil-press.az-n Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, prezidenti böyük nümayəndə heyəti müşayiət edib: Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Suluhi Akar, baş nazirin müavini Fikri İşık, XİN rəhbəri Mövlud Çavuşoğlu, energetika naziri Berat Albayrak, Aİ işləri üzrə nazir Ömər Çelik və iqtisadiyyat naziri Nihat Zeybekçi.
Ərdoğan Serbiyanın prezidenti Aleksandr Vuçiç və parlament spikeri ilə görüşməyi planlaşdırır. Onlar həmçinin ikitərəfli məsələlərə dair danışıqlar aparacaq və bir sıra sazişlər imzalayacaqlar.
Məlumata əsasən, rəsmi səfər iki gün davam edəcək.
Tehsil-press.az