Sarayevoda bir çox məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

Sarayevoda bir çox məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində bir çox məktəbdə bomba təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.
Sarayevo Kantonunun Daxili İşlər Nazirliyinin məlumatına görə, səhər saatlarında Mərkəz, Stari Qrad, Voqoska və İlidza bələdiyyələrindəki bir çox məktəbə bomba qoyulduğuna dair məlumat daxil olub. Məlumatlar elektron poçt vasitəsilə göndərilib və məsələ ilə bağlı prokurorluq məlumatlandırılıb.
Həmin məktəblərdə tədris dayandırılıb və şagirdlər evlərinə göndərilib. Ətraflı araşdırmalardan sonra bomba təhlükəsi ilə bağlı xəbərdarlıqların saxta olduğu müəyyən edilib.
Qeyd edək ki, son dövrlərdə Qərbi Balkan ölkələrindən Serbiya və Monteneqroda bomba təhlükəsi ilə bağlı saxta xəbərdarlıqların sayı artmaqdadır. Təkcə Serbiyada 250-dək məktəbə bomba qoyulması ilə bağlı saxta məlumat daxil olub.

Tehsil-press.az


Oxşar xəbərlər