Dünyanın ən zəngin insanları olan "Tesla" və "SpaceX"-in sahibi İlon Mask, "Amazon" və "Microsoft"-un qurucuları Ceff Bezos və Bill Qeyts 2022-ci ilin əvvəlindən 115 milyard dollar itirib.
Mayın 29-na olan məlumata görə, Maskın sərvəti 224 milyard dollar, Bezosun 139 milyard dollar, Qeytsin sərvəti 23 milyard dollar olaraq qiymətləndirilir. Milyarderlər müvafiq olaraq birinci, ikinci və dördüncü yerləri tuturlar. Üçüncü yerdə 133 milyard dollarla "Louis Vuitton Moët Hennessy" şirkətinin rəhbəri Bertrand Arnault qərarlaşıb.
Son beş ayda "Tesla" və "SpaceX"-in sahibi 46,4 milyard, "Microsoft"-un yaradıcısı 15,1 milyard, Bertran Arno 44,7 milyard itirib. Ən böyük maliyyə itkisi ilə "Amazon"un yaradıcısı üzləşib - 53,2 milyard.
Dünyanın ən varlı adamlarının ilk beşliyində təmsil olunanlardan yazlnız "Berkshire Hathaway" şirkətinin baş direktoru Uorren Baffet sərvətini 6,54 milyard dollar artıraraq 115 milyard dollara çatdırıb.
Tehsil-press.az