Ceff Bezos sərvət rekordunu yeniləyib

Ceff Bezos sərvət rekordunu yeniləyib “Amazon” şirkətinin qurucusu və rəhbəri Ceff Bezos pandemiya dövründə sərvətini artıraraq ən yüksək yeni səviyyəyə çatdırıb.
C.Bezos “Amazon.com”dakı səhmlərinin dörddəbirindən imtina etməsinə baxmayaraq, əvvəlki rekordunu da yeniləyə bilib.
Mərkəzi ofisi Sietldə yerləşən şirkətin səhmlərinin dəyəri 4,4 faiz artaraq rekord göstəriciyə - 2878 dollara çatıb. Nəticədə C.Bezosun sərvəti 171,6 milyard dollar səviyyəsinə yüksəlib.
Xatırladaq ki, əvvəlki rekord 2018-ci il sentyabrın 4-də 167,7 milyard dollar olaraq qeydiyyata alınıb.
C.Bezos təkcə bu il ərzində 56,7 milyard dollar qazanıb.
“Amazon” işçilərinə 500 dollar mükafat vermək üçün 500 milyon dollarlıq bir büdcə ayırıb. C.Bezos şirkətin səhmlərinin 11 faizinə sahibdir və sərvətinin böyük bir hissəsini bu səhmlər təşkil edir.

Tehsil-press.az

Oxşar xəbərlər