Radioda belə bir reklam eşitdim: “Ev tortu”nun qiymətlərində endirim”. Reklam xalqa xitab edən bir tanıtımdır. Bəs 10 milyonluq xalqa “Ev tortu” çatar? Əlbəttə, anlaşılandır ki, “ev tortu” deyərkən, daha çox dadlı, tərkibi keyfiyyətli olan şirniyyatdan söhbət gedir. Sadəcə məsələ ondadır ki, nəyə görə bizim reklam bazarımız, yaxud xidmət sektorumuz bazarı “ev”in sərhədləri qədər lokallaşdırırlar. Onda belə çıxır ki, biz ancaq özümüz üçün yaxşı nələrsə edirik, başqalarına heç nəyin dəyərlisini qıymırıq?
Məsələn, ev elanlarına baxırıq. Əksərində yazılıb ki, “özüm üçün təmir etmişəm”, yaxud “şəxsi istifadə məqsədi ilə tikilib”. Bu o deməkdir ki, tikinti şirkətlərinin, sahibkarların tikdiyi evlər pisdir, onlar tikinti zamanı keyfiyyətsiz məhsullardan istifadə edirlər, bir müddət sonra uçulub-dağılır? Bu cür reklamlar həm də tikinti bazarını gözdən salmaqdır.
Yaxud kimsə bir başqasını hansısa ustaya yönləndirəndə onun peşəkarlığına qarşı tərəfi inandırmaq üçün belə deyir: “Elə işləyir, elə bil öz evində işləyir”. Buradan belə qənaətə gəlmək olur ki, başqa ustalar özgəsinin evini təmir edəndə kor-koranə çalışırlar.
Bu cür düşüncələr bizim alt şüurumuza təsir edir, istər-istəməz düşünürük ki, başqasının yolunda ürəkdən çalışmamalıyıq, ancaq öz işimiz uğrunda canla-başla səy göstərməliyik.
Hətta bu düşüncələri ustaların özləri də dilə gətirirlər. Məsələn, maşın ustasının yanına avtomobilini qoyub gedirsən. Səni arxayın salmaq üçün deyir: “Get, narahat olma, elə bil öz maşınımdır”.
Eyni hal ictimai iaşə sektorunda da müşayiət edilir. Nə qədər yeməkxanaların reklam lövhəsində yazılır: “Ev yeməkləri”.
Şəkidə istirahət mərkəzlərinin birinin girişində oteldəki xidmətin yüksəkliyini diqqətə çatdırmaq üçün belə bir reklam lövhəsi açılmışdı: “Əsl ev rahatlığı”. Məgər ev rahatlığı axtarmaq üçün istirahət mərkəzinə gedirik, ev yeməyi yeməkdən ötrümü restorana öz tuturuq?
Bütün bu cür reklamlar beynimizə həkk edilir deyə, biz həmişə peşəkar adam deyil, tanış axtarırıq, tanıdığımız adiliyi nabələd olduğumuz qeyri-adiliyə dəyişirik. Nəticədə, bir-birimizə inamımız azalır. Psixoloji baxımdan zəifləyirik. Nəticədə usta axtaranda, ev təmir etdirmək lazım gələndə hamı gərginləşir, qarşı tərəfdən “kələk zərbəsi” yeyəcəyindən qorxur. Halbuki xidmət sektoru özünə qarşı inam aşılamalıdır, bazar insanlara əminlik vəd etməlidir. “Evdən kənarda bizi bəla gözləyir” düşüncəsi başımızdan çıxmalıdır.
Bu gün ev yeməyi, ev tortu təqdim edənlər, “özü kimi” usta axtaranlar, “ev rahatlığı” təklif edənlər böyük alıcı kütləsini “lokal mühitə” və adiliyə çağırırlar, nəticədə öz bazarlarını kiçildirlər. Bu gün bizim ən çox ehtiyacımız olan reklam (əslində, həqiqət) özümüzə inamımızı reklam etməkdir. Allaha şükür, örnək də var: Qarabağ qələbəsi...
Tehsil-press.az