Süni uşaq qidaları reklamlarının yaratdığı fəsad

Süni uşaq qidaları reklamlarının yaratdığı fəsad Süni uşaq qidalarının geniş şəkildə reklam olunması ana südündən istifadəni məhdudlaşdırır.

Bunu Tehsil-press.az-a Milli Məclisin Səhiyyə komitəsinin üzvü Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, bu baxımdan Azərbaycanda süni uşaq qidalarının reklamına qoyulan məhdudiyyətlər məqsədəuyğundur:
"Süni uşaq qidaları nə qədər keyfiyyətli olsa, tərkibi nə qədər mükəmməl olsa da, ana südünü əvəz etmir. Ona görə də dünyanın bütün ölkələrində süni uşaq qidalarının reklamına müəyyən məhdudiyyətlər qoyulur. Bu məsələ bizim qanunvericilikdə öz əksini tapıb. Digər tərəfdən bu reklamın mətni müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır. Yəni şirkət istədiyi şəkildə reklam edə bilməz. Çünki bu bütövlükdə uşaqların ana südü ilə qidalanmasına təsir göstərir. Ona görə də məhdudiyyət qoyulur".
Qeyd edək ki, Azərbaycanda həm "Reklam haqqında" qanuna, həm də "Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" qanuna əsasən, süni qida məhsullarının reklamına müəyyən məhdudiyyətlər qoyulur.

Tehsil-press.az

Oxşar xəbərlər