Fransa Prezidenti ölkənin silah proqramına yenidən baxmağı tapşırıb

Fransa Prezidenti ölkənin silah proqramına yenidən baxmağı tapşırıb Fransa Prezidenti Emmanuel Makron silahlı qüvvələr naziri Sebastyan Lekornüyə Ukraynadakı münaqişə fonunda 2019-2025-ci illər üçün silahların modernizə edilməsi proqramına yenidən baxmağı tapşırıb.
Emmanuel Makron bu barədə Parisdə keçirilən “Eurosatory 2022” salonunun açılışında çıxış edərkən deyib.
“Fransa uzun müddət uyğunlaşmanın lazım gələcəyi müharibə iqtisadiyyatı dövrünə daxil olub. Bu, Fransanın müdafiə xərclərinə yenidən baxılmasını zəruri edir”, - deyə prezident bildirib. Onun sözlərinə görə, hazırda qitə ərazisində intensiv müharibə gedir və belə şəraitdə Avropanın hərbi-sənaye kompleksi daha da gücləndirilməlidir.
Fransa Silahlı Qüvvələr Nazirliyinin məlumatına görə, 2019-cu ildən 2025-ci ilə qədər silahların modernizə edilməsi proqramının maliyyələşdirilməsinə 295 milyard avro ayrılması planlaşdırılırdı.
Qeyd edək ki, “Eurosatory” 1967-ci ildən bəri Avropanın quru qoşunlarının silah və hərbi texnikasının nümayiş olunduğu ən böyük sərgidir. İyunun 13-dən 17-dək Parisdə keçirilən hazırkı sərgi 81 min kvadratmetrdən çox sahəni əhatə edir və burada 60-dan çox ölkənin istehsalçılarının məhsulları təqdim olunur.

Tehsil-press.az


Oxşar xəbərlər