Makron pandemiyanın 2022-ci ildə bitəcəyinə ümid edir

Makron pandemiyanın 2022-ci ildə bitəcəyinə ümid edir Fransa Prezidenti Emmanuel Makron 2022-ci ildə ölkənin pandemiyadan çıxacağına ümid edir.
Bunu Fransa prezidenti Yeni il münasibətilə həmvətənlərinə müraciətində deyib.
"Mən gələcəyə optimizmlə baxıram. 2022-ci il, yəqin ki, pandemiyanın bitdiyi il olacaq. Mən sizinlə birlikdə buna inanmaq istəyirəm", - deyə E.Makron bildirib.
Bundan əlavə Fransa prezidenti qeyd edib ki, koronavirusun güclü beşinci dalğası səbəbindən ölkəni "çətin həftələr" gözləyir.
Fransa lideri hələ də peyvənd olunmamış 5 milyon həmvətənini əksər həmvətənlərindən nümunə götürməyə və peyvənd olunmağa çağırıb.
Fransada koronavirusa qarşı vaksinasiya əhalinin əksəriyyəti üçün könüllüdür. Prezident isə vaksinasiyanı hər kəsin vətəndaşlıq vəzifəsi hesab edir: "Məsuliyyətlər hüquqlardan üstün olmalıdır".
Qeyd edək ki, ötən gün Fransada koronavirusa rekord sayda 232 mindən artıq yoluxma halı qeydə alınıb.

Tehsil-press.az



Oxşar xəbərlər