Türkiyənin İstanbul şəhərində XXV Avrasiya Zirvə toplantısı keçirilib. Tədbirdə dünyanın 44 ölkəsindən rəsmi nümayəndələr iştirak ediblər. Xəzər Universitetinin İctimai əlaqələr və media üzrə direktoru Əlövsət Əmirbəyli bu ali məktəbi toplantıda təmsil edib. Ə.Əmirbəyli, eyni zamanda, Zirvə toplantısının katibliyinə seçilib.
Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Zirvə toplantısının iştirakçılarına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub və sammitin işinə uğurlar arzulayıb.
Zirvə toplantısında “COVID-19 və Ukrayna-Rusiya savaşı sonrası dünya düzəni” və digər mövzularla bağlı çıxışlar dinlənilib.
Sonda iştirakçıların şərəfinə İstanbul Böyük Şəhər Bələdiyyəsi Xalq musiqisi qrupunun iştirakı ilə ziyafət təşkil edilib.
Tehsil-press.az