Türkiyə Prezidenti: Putin və Zelenskini bir araya gətirməklə sülh mühiti yaratmaqda qərarlıyıq

Türkiyə Prezidenti: Putin və Zelenskini bir araya gətirməklə sülh mühiti yaratmaqda qərarlıyıq Türkiyə bu vaxtadək beş milyondan çox qaçqını qəbul edib. Avropa ölkələri başda olmaqla hər kəs qapısına gələn qaçqınları dəstəkləməli, sıxıntıların azalması üçün əlini daşın altına qoymalıdır.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının fövqəladə Zirvə toplantısından sonra Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
Rusiya-Ukrayna müharibəsi ilə bağlı ölkəsinin mövqeyinin dəyişməz olduğunu xatırladan Türkiyənin dövlət başçısı söyləyib ki, Putin və Zelenski ilə təmaslarımızı davam etdirəcəyik. İki lideri bir araya gətirərək sülh mühiti yaratmaqda qərarlıyıq.
NATO-nun fövqəladə Zirvə toplantısında müzakirə olunan məsələlər ətrafında fikir və mülahizələrini bölüşən Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, müttəfiq ölkələr arasında gizli və yaxud açıq sanksiyaların olmaması barədə mövqeləri liderlərlə paylaşıb.

Tehsil-press.az


Oxşar xəbərlər