Azərbaycan Dövlət İqtisad Universitetində UDİD proqramına start verilib

Azərbaycan Dövlət İqtisad Universitetində UDİD proqramına start verilib Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Universitet Daxili İki Diplom (UDİD) proqramına start verilib.
Proqrama qoşulan tələbələr qəbul olunduğu ixtisasla yanaşı, ikinci ixtisas üzrə də bakalavr diplomu ala biləcəklər. 700 bal toplayaraq UNEC-ə daxil olmuş abituriyentlər UDİD proqramına ödənişsiz qoşulacaq. 600 və daha yüksək bal toplayanlar isə proqram üzrə təhsil haqqının 50 faizini ödəyəcəklər.
UDİD proqramına II kursdan (təhsilin üçüncü semestri) müraciət edilir. Tələbənin təhsil müddəti ərzində ayrı-ayrı fənlər üzrə göstəricisi 71-100 bal arasında olmalıdır.
Tələbə UDİD proqramında birinci ixtisasın tədris dili ilə yanaşı, digər tədris dilləri üzrə də (Azərbaycan, türk, ingilis, rus) iştirak edə bilər.
UDİD proqramına sənəd qəbulu iyunun 30-dan avqustun 15-dək aparılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər