UNEC-də yeni tədris ilindən UDİD proqramı tətbiq olunacaq

UNEC-də yeni tədris ilindən UDİD proqramı tətbiq olunacaq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ilindən Universitetdaxili İkili Diplom Proqramının (UDİD) tətbiqinə başlanılacaq.
UDİD-ə qoşulan və proqramı uğurla bitirən bakalavrlar 4 il ərzində iki müxtəlif ixtisas üzrə diplomlara sahib ola biləcəklər. İki ixtisasa yiyələnmək məzunların əmək bazarının tələblərinə daha çevik uyğunlaşması ilə yanaşı, onların rəqabət qabiliyyətini də artıracaq.

Tehsil-press.az



Oxşar xəbərlər