İraq bombalandı: paytaxta RAKET HÜCUMU

İraq bombalandı: paytaxta RAKET HÜCUMU İran ordusu Şimali İraq Kürd Muxtariyyətinin paytaxtı Ərbili raket atəşinə tutub.
Ərbilin Koysancak qəsəbəsində İraq-Kürdistan Demokratik Partiyasının (İKDP) düşərgəsinə atılan raket nəticəsində 9 nəfər ölüb, partiya liderlərindən Mustafa Mevludinin də aralarında olduğu 30 nəfər yaralanıb.
İKDP hücumun edildiyini, ölü və yaralıların olduğunu təsdiqləyib. Partiyanın iddiasına görə, hücum İrana aid pilotsuz təyyarələr tərəfindən edilib.
İran tərəfindən məsələyə ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Qeyd edək ki, anti-İran mövqeyindən çıxış edən İKDP 1996-cı ildən etibarən Ərbil şəhərindəki düşərgələrdə fəaliyyət göstərir. Həmin tarixdən indiyə kimi İran ilk dəfə İKPD-yə bu qədər böyük zərbə endirib.
İran İnqilabı Keşişçiləri Korpusunun dünən yaydığı açıqlamada isə ölkənin qərbində Kürdistan əyalətinə bağlı Merivan bölgəsində Terror təşkilatı PJAK-a (PKK-nın İran qanadı) qarşı əməliyyatın başladığı deyilir. Əməliyyatda 6 terrorçunun öldürüldüyü də qeyd olunur.

Tehsil-press.az

Oxşar xəbərlər