Yaponiyadan Rusiyaya qarşı yeni sanksiyalar

Yaponiyadan Rusiyaya qarşı yeni sanksiyalar Yaponiya hökuməti Ukraynadakı hadisələr fonunda Rusiya və Belarusdan olan 90 fiziki şəxs və təşkilata qarşı sanksiyalar tətbiq edib.
Bu barədə Yaponiyanın Maliyyə Nazirliyinin saytında dərc edilən hesabatda deyilir.
Məlumata əsasən, xüsusilə, yeni sanksiyalar siyahısına Rusiya Baş nazirinin müavini Dmitri Qriqorenko, violonçel ifaçısı, Rusiya Federasiyasının xalq artisti Sergey Roldugin, həmçinin “Severstal” və “Silovıye maşını” şirkətlərinin Direktorlar Şurasının sədri Aleksey Mordaşovun qohumları - Marina , Kirill və Nikita Mordaşovlar daxil edilib.
Həmçinin Yaponiya hökuməti sentyabrın 5-dən Rusiyadan qızıl idxalına və Rusiya Federasiyasında mühasibat uçotu, audit, konsaltinq və trast xidmətlərinin göstərilməsinə qadağa qoyub. Qızıl idxalına qoyulan qadağanın təfərrüatları daha sonra ictimaiyyətə açıqlanacaq.

Tehsil-press.az




Oxşar xəbərlər