Bakı metrosunda çətin anlar- Sərnişinlər qatardan DÜŞÜRÜLDÜ
Bakı metropoliteninin "Azadlıq prospekti" stansiyasında qatarda texniki nasazlıq baş verdiyi üçün sərnişinlər düşürülərək qatar baxış üçün "Dərnəgül" stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib.
Bununla bağlı "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Belə ki, dərhal "Nərimanov" elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb.
Məhz buna görə də "Dərnəgül-Nərimanov" sahəsində interval fərqi yaranıb.
Tehsil-press.az
- Baxış: 132
Xəbərin tarixi: 19.02.2026 / 11:18
-
Oxşar xəbərlər