Maskalı günlər geri qayıdır - "Günahkar vətəndaşlardır"

Maskalı günlər geri qayıdır - Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, 1 may 2022-ci ildan etibarən Azərbaycanda tibbi maska taxmaq tələbi ləğv edilib. Buna baxmayaraq, səhiyyə naziri Teymur Musayev əhaliyə qapalı məkanlarda-xüsusilə avtobus və metroda tibbi maskadan istifadəni tövsiyə edir Son günlər dünya ölkələrində COVID-19-a yoluxma artdığından, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da ölkələrə çağırış edərək, maska rejiminə qayıtmağı məsləhət görür.
Məsələ haqqında Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Muatafa söyləyib ki, maska ilə bağlı xəbərdarlıq edilibsə, tələb də olacaq:
“Narahatlıq üçün əsaslar var. İnsanlar qorunmurlar, şəxsi gigiyenaya əməl etmirlər. Söhbət maskadan getmir, amma toyda, yasda, ictimai nəqliyyatda rahat vəziyyətdə, sanki yoluxma sayı artmayıbmış kimi hərəkət edirlər. Maska tələbənin olması mümkündür. Hər kəs ehtiyatlı olmalıdır, şəxsi gigiyena qorunmalıdır. Maska tələbi yenidən qüvvəyə minərsə, bunda özünü qorumayan vətəndaşların payı az olmayacaq. Təbii çətin günlərə qayıtmağı kimsə istəmir, amma əhalinin sağlamlığı baxımından bu olmalıdır".
Qeyd edək ki, Azərbaycanda son sutkada koronavirusa 155 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər isə vəfat edib. Aktiv xəstə sayı isə 650 nəfərə çatıb.

Tehsil-press.az


Oxşar xəbərlər