Gələn həftə temperatur 44 dərəcəyədək yüksələcək

Gələn həftə temperatur 44 dərəcəyədək yüksələcək Milli Hidrometeorologiya Xidməti faktiki və gözlənilən hava şəraitini açıqlayıb.
Bu gün saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.
Şimal-qərb küləyi iyulun 17-si səhər Bakıda və Abşeron yarımadasında arabir 21 m/s olub.
İyulun 16-da Bakıda iqlim normasından 3.6° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 38°-dək isti, Naxçıvan MR-da 37-40°, Şərurda 41°-dək isti, dağlıq rayonlarda 27-30° isti, aran rayonlarında 35-40°, Hacıqabulda 42° isti olub.
Gələn həftənin birinci yarısında ölkə ərazisində yağmursuz, isti hava şəraitinin davam edəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu həftənin birinci yarısında aran rayonlarında 38-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°, Bakıda və Abşeron yarımadasında isə 33-38° isti olacaq.
Həftənin ikinci yarısında iyulun 22-23-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Havanın temperaturu bir qədər enərək, aran rayonlarında 34-39°, dağlarda 22-26°, Bakıda və Abşeron yarımadasında isə 30-33° isti olacaq.

Tehsil-press.az



Oxşar xəbərlər