Təhsil Nazirliyi: Növbəti tədris ilində 10 nəfər Latviyada təhsil alacaq

Təhsil Nazirliyi: Növbəti tədris ilində 10 nəfər Latviyada təhsil alacaq Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2022-2023-cü tədris ili üzrə 10 nəfər Azərbaycan Respublikası vətəndaşı Latviyanın təqaüdünə layiq görülüb.
Seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində müraciət edənlər, əsasən, Latviyanın Riqa Texniki, Latviya, Riqa Stradins universitetlərində müxtəlif ixtisaslar və səviyyələr üzrə təhsillərini davam etdirmək hüququ qazanıblar.
Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan 26 ölkə üzrə Azərbaycan ilk üçlükdə yer alır.

Tehsil-press.az


Oxşar xəbərlər