İsrail XİN rəhbərinin qızı Təl-Əvivdə zərər görmüş mənzilinin fotosunu yaydı

İsrail XİN rəhbərinin qızı Təl-Əvivdə zərər görmüş mənzilinin fotosunu yaydı İranın Təl-Əvivə endirdiyi raket zərbələrindən sonra İsrailin xarici işlər naziri Gideon Saarın qızı sosial şəbəkə hesabında mənzilinin zədələnmiş görüntülərini paylaşıb.

Yayılan fotolarda yaşayış binasının pəncərələrinin sındığı, divar və tavan hissələrində ciddi dağıntıların yarandığı görünür. Mənzildə əşyaların dağıldığı və partlayış dalğasının mənzilə zərər vurduğu diqqət çəkir.

Tehsil-press.az

Oxşar xəbərlər