Təhsil Nazirliyi: Magistratura səviyyəsinə elektron sənəd qəbulu davam edir

Təhsil Nazirliyi: Magistratura səviyyəsinə elektron sənəd qəbulu davam edir Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir.
Müraciətçilər portal.edu.az-da qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanın qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Eyni zamanda, müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur. Elektron sistem üzrə qeydiyyat 25 iyul saat 12:00-da yekunlaşacaq.
Qeyd edək ki, müraciətlərin elektronlaşdırılması nəticəsində tələbələr təhsil müəssisəsinə getmədən qeydiyyat etməklə yanaşı, təhsil haqqını bank, poçt, “E-Manat” terminallarına yaxınlaşaraq nəğd şəkildə ödəyə bilərlər. Nağdsız ödəniş üçün plastik kartla bankların mobil tətbiqləri, gpp.az və portal.edu.az vasitələrindən birini seçmək olar.
Ödənişli əsaslarla qəbul olanlar təhsil haqqından azad edilmək və təhsil haqqı güzəşti, dövlət sifarişli qəbul olanlar isə qanunvericiliyin imkan verdiyi çərçivədə müəyyən edilmiş təqaüdün iki mislindən az olmayaraq təqaüdün əldə edilməsi üçün müraciət və digər imkanlardan daha rahat faydalana biləcəklər.

Tehsil-press.az



Oxşar xəbərlər