Son üç gün ərzində məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) üzərindən 14 min 417 valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 12 min 322 uşaq isə valideynlər tərəfindən şəxsi kabinetə qəbul edilib.
Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu prosesinə iyulun 18-dən etibarən start verilib.
Uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə regionlar üzrə mərhələli formada 22 iyuldan başlanılır. İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab), iyulun 26-dan Bakı şəhəri, avqustun 2-dən isə ölkə üzrə bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər.
Tehsil-press.az