Valideyn maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazıla bilər

Valideyn maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazıla bilər Tədris digər dillərdə aparılan bölmə üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölməni və müəssisəni seçərək növbəyə yazıla bilər.
Valideyn maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçərək növbəyə yazıla bilər. Növbələrdən hər hansı biri sistem tərəfindən təsdiqlənərək sorğuya çevrilərsə uşağın digər məktəbəqədər təhsil müəssisələrinə olan növbələri silinəcək. Valideyn “Şəxsi kabinet”ə daxil olaraq yerləşdirilmiş sorğunu silib digər seçdiyi məktəbəqədər təhsil müəssisəsinə növbəyə yazıla bilər. Valideyn məktəbəqədər təhsil müəssisəsi tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəbəqədər təhsil müəssisəsi tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəbəqədər təhsil müəssisəsi seçimi edə bilər.
Xatırladaq ki, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu bq.edu.az portalı vasitəsilə həyata keçirilir. Ərizələrin onlayn qeydiyyatı ölkə üzrə iyulun 18-dən, uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesi isə regionlar üzrə mərhələli formada iyulun 22-dən etibarən başlanılır. Prosesin başlanma qrafiki “Şəxsi kabinet”də əks olunacaq. Proses sentyabrın 14-də qrupların komplektləşdirilməsi səbəbilə müvəqqəti dayandırılır. Bu proses bitdikdən sonra elektron qəbul sistemi yenidən aktiv olacaq və ilboyu boş yerlərə qəbul aparılacaq.

Tehsil-press.az



Oxşar xəbərlər