Papa müharibəyə son qoymaq üçün Ukraynaya getməyi planlaşdırır

Papa müharibəyə son qoymaq üçün Ukraynaya getməyi planlaşdırır Roma Papası Fransisk müharibəni bitirmək üçün Ukraynaya getmək istədiyini təsdiqləyib.
Pontifik bu barədə Vatikandan Kanadaya səfər edərkən bildirib.
Papa Fransisk Ukraynaya səfəri ilə bağlı əvvəlki açıqlamalarını şərh edərkən deyib: “Kiyevə getmək üçün böyük arzum var”.
Xatırladaq ki, Vatikan Papanın avqustda Ukraynaya səfər etməyi planlaşdırdığını qeyd edib. Onun bu gün başlayan Kanada səfərindən sonra hazırlıqlara başlanacaq.

Tehsil-press.az


Oxşar xəbərlər