Bayden Ukraynaya gedəcəkmi?

Bayden Ukraynaya gedəcəkmi? ABŞ Prezidenti Co Bayden Ukraynaya səfər etməyi planlaşdırmır.
Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki brifinqdə bildirib.
“Plan dəyişməyib. Prezident Ukraynaya getməyi planlaşdırmır”, - deyə Psaki qeyd edib.
Eyni zamanda, o qeyd edib ki, əgər Amerika rəsmilərindən hər hansı birinin Ukraynaya səfərini təşkil etmək planı olarsa, Vaşinqton təhlükəsizlik baxımından kimin və nə vaxt səfərə gedəcəyini söyləməyəcək.

Tehsil-press.az


Oxşar xəbərlər