Bu ölkələr Ukraynaya tanklar göndərdi

Bu ölkələr Ukraynaya tanklar göndərdi Polşa və Almaniya hərbi yardım olaraq Ukraynaya tanklar göndərib.
Bu haqda Ukrayna Prezident Aparatının sözçüsü Andrey Ermak açıqlama verib.
“Polşadan “PT-91 Twardy” tankları Ukraynaya gəldi. Dostlarımıza təşəkkür edirik”,- deyə o qeyd edib.
Ukraynanın müdafiə naziri Aleksey Reznikov isə televiziya kanallarından birində Almaniyadan gələn 15 Gepard zenit-tank sistemindən ilk üçünün Ukraynaya çatdığını bildirib.

Tehsil-press.az


Oxşar xəbərlər