UNEC-də UDİD proqramına sənəd qəbulu aparılır

UNEC-də UDİD proqramına sənəd qəbulu aparılır Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Universitet Daxili İki Diplom (UDİD) proqramına sənəd qəbulu aparılır.
Proqrama qoşulan tələbələr qəbul olunduğu ixtisasla yanaşı, ikinci ixtisas üzrə də bakalavr diplomu ala biləcəklər. 700 bal toplayaraq UNEC-ə qəbul olmuş abituriyentlər UDİD proqramına ödənişsiz qoşulacaq. 600 və daha yüksək bal toplayanlar isə proqram üzrə təhsil haqqının 50 faizini ödəyəcəklər.
UDİD proqramına II kursdan (təhsilin üçüncü semestri) müraciət edilir. Tələbənin təhsil müddəti ərzində ayrı-ayrı fənlər üzrə göstəricisi 71-100 bal arasında olmalıdır.
Tələbə UDİD proqramında birinci ixtisasın tədris dili ilə yanaşı, digər tədris dilləri üzrə də (Azərbaycan, türk, ingilis, rus) iştirak edə bilər.
UDİD proqramına sənəd qəbulu avqustun 15-dək aparılacaq.

Tehsil-press.az



Oxşar xəbərlər