Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-26 dərəcə olacaq

Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-26 dərəcə olacaq Azərbaycanda avqustun 1-nə gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-26°, gündüz 31-36° isti, Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 755 millimetr civə sütunu, nisbi rütubət 60-65 faiz təşkil edəcək.
Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 21-26°, gündüz 34-39° isti, dağlarda gecə 8-13°, gündüz 21-26° isti olacaq.

Tehsil-press.az


Oxşar xəbərlər