Nyu-York qubernatoru meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan edib

Nyu-York qubernatoru meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan edib Nyu-Yorkun qubernatoru Keti Hokul ştat ərazisində meymunçiçəyinə yoluxma hallarının artması səbəbindən cümə günü fövqəladə vəziyyət rejimi elan edib.
Qubernatorun sözlərinə görə, Birləşmiş Ştatlarda meymunçiçəyinə yoluxma hallarının dörddəbiri Nyu-York ştatının payına düşür. “Mən və komandam daha çox vaksinlə təmin etmək, testləşməni genişləndirmək, ictimaiyyəti yayılan xəstəlikdən necə qorunmaq barədə məsuliyyətlə məlumatlandırmaq üçün gecə-gündüz işləyirik”, - deyə Keti Hokul əlavə edib.
ABŞ-ın xəstəliklərə nəzarət və profilaktika üzrə federal mərkəzlərinin məlumatına əsasən, iyulun 29-dək Nyu-York ştatında meymunçiçəyinə 1345 yoluxma halı qeydə alınıb. Yoluxma göstəricisinə görə ikinci yerdə Kaliforniya ştatıdır – 799 nəfər.
Hazırda dünyada meymunçiçəyinə 22 mindən çox yoluxma faktı aşkarlanıb. Onların 70 faizi Avropada qeydə alınıb. İyulun 23-də Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi infeksiyasının yayılmasını səhiyyə sahəsində beynəlxalq miqyasda narahatlıq doğuran fövqəladə hal elan edib.

Tehsil-press.az


Oxşar xəbərlər