Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada koronavirusla bağlı son vəziyyət Dünyada son bir gündə koronavirusa 509 mindən çox yoluxma qeydə alınıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 509 746 hal qeydə alınıb, COVID-19-dan 8 855 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 127 877 462, ölüm hallarının sayı 2 796 561 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 30 030 084 nəfər virusa yoluxub. Daha sonra Braziliya (12 573 615), Hindistan (12 149 335), Rusiya (4 545 095), Fransa (4 510 740), Böyük Britaniya (4 510 740), İtaliya (3 561 012), Türkiyə (3 277 880), İspaniya (3 270 825), Almaniya (2 808 873), Kolumbiya (2 389 779) və Argentina (2 322 611) gəlir.

Tehsil-press.az


Oxşar xəbərlər