Bu gün müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilir

Bu gün müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilir Avqustun 4-ü saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
Bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər avqustun 8-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Tehsil-press.az


Oxşar xəbərlər