Təhsil Nazirliyi: Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi avqustun 6-dək davam edəcək

Təhsil Nazirliyi: Müəllimlərin işə qəbulu müsabiqəsində vakansiya seçimi avqustun 6-dək davam edəcək Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilir.
Qeyd olunan fənlər üzrə namizədlər bu gün saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. Vakansiya seçimi prosesi avqustun 6-sı saat 10:59-dək davam edəcək.
Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq “Rəqəmsal bacarıqlar” layihəsi üzrə də vakansiya seçmək imkanı verilib. Həmin namizədlər şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə bilərlər.

Tehsil-press.az



Oxşar xəbərlər