Azərbaycan Dövlət Pedaqoji Universiteti publik hüquqi şəxsə çevrildi.
Bununla əlaqədar Baş nazir Əli Əsədov “Azərbaycan Dövlət Pedaqoji Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Pedaqoji Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilir.
Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zəruri tədbirlərin görülməsini təmin edəcək.
Tehsil-press.az