Çin Ukrayna taxılının ixracına dair Sazişi alqışlayır

Çin Ukrayna taxılının ixracına dair Sazişi alqışlayır Rəsmi Pekin Ukrayna taxılının beynəlxalq bazarlara çıxarılmasına dair imzalanan sazişi alqışlayır.
Çinin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Can Cün tviter hesabında “Sazişin imalanmasına alqış! Çox mənalı addım!” sözləri ilə reaksiya verib. O, maraqlı tərəflərin dialoqun dinamikasını saxlayacağına və sülhün tezliklə bərpa olunmasına şərait yaradacaqlarına ümidvar olduğunu bildirib.
Qeyd edək ki, iyulun 21-də İstanbulda Ukrayna limanlarında gözləyən taxılın daşınması ilə bağlı saziş imzalanıb. İmzalanma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Rusiya tərəfindən müdafiə naziri Sergey Şoyqu, Ukrayna tərəfdən isə infrastruktur naziri Aleksandr Kubrakovun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak ediblər. Rusiya və Ukrayna ayrı-ayrılıqda Türkiyə və BMT ilə sənəd imzalayıblar. Saziş Ukraynanın Qara dəniz sahillərindəki Odessa, Çernomorsk və Yujnıy limanlarından taxılın beynəlxalq bazarlara çıxarılmasına imkan verəcək.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına əsasən, Ukrayna dünyada ən çox taxıl ixrac edən ölkələrdən biridir. İldə dünya bazarına təxminən 45 milyon ton taxıl çıxaran Ukraynanın taxıl ixracında cari ilin fevralında başlayan müharibə ilə əlaqədar çətinlik yaranmışdı. BMT bu səbəbdən dünyada təxminən 800 milyon insanın aclıqla üzləşəmənin astanasında olduğunu açıqlayıb.

Tehsil-press.az


Oxşar xəbərlər