BMT-nin Baş katibi Ukraynaya getdi

BMT-nin Baş katibi Ukraynaya getdi BMT-nin Baş katibi Antonio Quterreş Ukraynaya gedib.
Bu barədə o, tviter səhifəsində yazıb.
Quterreş Prezident Volodimir Zelenski, xarici işlər naziri Dmitri Kuleba və BMT rəsmiləri ilə görüşəcəyini bildirib.
“Biz humanitar dəstəyin genişləndirilməsi və mülki əhalinin münaqişə zonalarından təxliyəsi istiqamətində işi davam etdirəcəyik”, - Quterreş yazıb.
Qeyd edək ki, dünən Quterreş Moskvada Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla görüşüb, daha sonra Polşa vasitəsilə Ukraynaya gedib.

Tehsil-press.az


Oxşar xəbərlər