25 illik evliliyə son qoyulur

25 illik evliliyə son qoyulur Amerikalı aktyor Silvestr Stallonenin həyat yoldaşı, model Cennifer Flavin 25 illik evliliyindən sonra boşanmaq üçün məhkəməyə müraciət edib.
Stallonenin boşanma şayiələri keçən həftə ortaya çıxdıb. Nəşrin məlumatına görə, Flavin boşanmaq üçün avqustun 19-da Florida ştatının Palm-Biç dairə məhkəməsinə müraciət edib. Məlumata görə, bu qərara səbəb Cenniferin ailə fondlarından sərvətlərini çıxaran ərinin hərəkətlərindən narazı olması olub.
Cennifer qızlıq soyadını bərpa etmək və birgə aktivlərlə bağlı əməliyyatlara qarşı qadağa tələb etmək istəyir.
Stallone və Cennifer Flavin 1997-ci ildə evləniblər. Bu evlilikdən onların üç qızı olub.

Tehsil-press.az

Oxşar xəbərlər