Ebrunun Rzadan tələbi: 50 milyon, Bodrumdakı villa, Mayamidəki ev

Ebrunun Rzadan tələbi: 50 milyon, Bodrumdakı villa, Mayamidəki ev 2009-cu ildən yaranan Ebru Gündeş - Rza Zərrab sevgisi 2010-cu ildə evliliyə çevrilmişdi. 41 yaşlı Ebru Türkiyə vətəndaşı 34 yaşlı Rza Zərrab ilə ailə həyatı qurmuşdu. İfaçı artıq 6 aydır Amerikada həbsdə olan ərindən boşanmaq qərarına gəlib.

Ebru bu haqda deyib: "4 ildir dözürəm, amma dayanmağa gücüm qalmayıb”. Rza da öz növbəsində "Ebru sıxıntılı günlərimdə boşanmaq istəyir. Mən də üzülərək boşanıram” deyib. Ebru Gündeş tələb etdiklərini qızı üçün istədiklərini deyib: "Özüm üçün bir qəpik də istəmirəm. Amma qızımın gələcəyini düşünürəm”. İddiaya görə ifaçı Rzanın 50 milyon TL-lik təklifinin az olduğunu vurğulayıb. Bodrumdakı villa və Mayamidəki evi də istəyib.
"60 il davam edəcək” deyilən evlilikdən cütlüyün bir qızı var.


Tehsil-press.az

Oxşar xəbərlər