İspaniyadan Ukrayna ilə bağlı yeni qərar

İspaniyadan Ukrayna ilə bağlı yeni qərar İspaniya Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya hərbi maddi yardımını iki dəfə artıraraq, yeni raket əleyhinə batareyalar, zirehli maşınlar, döyüş sursatları və təlimçilər göndərmək qərarına gəlib.
Bu haqda İspaniya Müdafiə Nazirliyi açıqlama yayıb.
“Biz həmişə NATO, AB və Ukraynaya Dəstək Əlaqə Qrupu ilə koordinasiyalı şəkildə hərəkət etmişik və bu davam edəcək”- , açıqlamada qeyd olunub.
Hökumətin “müharibə başlayandan bəri Ukrayna xalqının qanuni müdafiəsi üçün materiallar göndərmək öhdəliyini yerinə yetirdiyi” vurğulanıb.
Sentyabrda Ukraynaya göndəriləcək yeni yardıma 2,5 milyon avro dəyərində dizel yanacağı, hazır TOA APC M-113 avtomobilləri, zenit müdafiə batareyası və raketlər, 30 min qış geyimi, 15 min 600 gödəkçə və bir neçə min əlavə geyim daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər