Bakı Şəhəri üzrə Təhsil İdarəsi: I sinfə qəbulla bağlı 45 min 930 elektron müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi: I sinfə qəbulla bağlı 45 min 930 elektron müraciət daxil olub Paytaxt məktəblərinin birinci sinfinə 45 min 930 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.
Paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 8 min 124 elektron müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 1549-u məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərində, 1258-i onlayn Alternativ qeydiyyat mərkəzlərində (vatsap müraciətləri), 5317-si sistemin “Əlaqə” bölməsində cavablandırılıb.
Qeyd edək ki, birinci sinfə elektron qeydiyyat sisteminin (https://mektebeqebul.edu.az/) tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

Tehsil-press.az



Oxşar xəbərlər