Mədəniyyət və İncəsənət Universitetində yenidənhazırlanma təhsili üçün sənəd qəbulu sentyabrın 10-da yekunlaşacaq

Mədəniyyət və İncəsənət Universitetində yenidənhazırlanma təhsili üçün sənəd qəbulu sentyabrın 10-da yekunlaşacaq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2022/2023-cü tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla yenidənhazırlanma təhsili almaq üçün sənəd qəbulu davam edir.
Sənədlər sentyabrın 10-dək qəbul ediləcək. Musiqişünaslıq, turizm bələdçiliyi, turizm işinin təşkili, sənətşünaslıq (kinoşünaslıq), bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist) ixtisasları üzrə tədris əyani formada həyata keçiriləcək. ADMİU-da yenidənhazırlanma təhsili Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli müvafiq qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən aparılır. ADMİU-da yenidənhazırlanma təhsilinə sənəd qəbulu müraciət edənlər tərəfindən şəxsən təqdim edilməklə və ya elektron (skan edilmiş PDF formatında) qaydada həyata keçirilir. Təqdim edilmiş sənədlər müvafiq tələblərə cavab verdiyi halda müraciət edən şəxslər yenidənhazırlanma təhsili almaq hüququ qazanırlar. Tədris Azərbaycan və rus dillərində aparılır.
Yenidənhazırlanma təhsilinə müraciət üçün ərizə formasını ADMİU-nun saytındakı link vasitəsilə yükləmək olar.
1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomların Azərbaycan Respublikası ərazisində tanınması barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.
Yenidənhazırlanma təhsili almaq istəyənlər sənədlərin siyahısı və əlavə məlumatla ADMİU-nun saytında tanış ola bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər