Fransada valideynlər tədris və təlimlə bağlı diplomu olmayanların müəllim vəzifəsinə işə götürülməsinə etiraz edirlər

Fransada valideynlər tədris və təlimlə bağlı diplomu olmayanların müəllim vəzifəsinə işə götürülməsinə etiraz edirlər Fransa tədris ilinin başlanğıcında müəllim çatışmazlığı problemi ilə üzləşib. Ölkədə 4000 yeni müəllimə ehtiyac var. Namizədlər arasından 3000 yeni müəllim kontraktla işə götürülüb. Ancaq kontraktın imzalanması metodu valideynlərin narazılığına səbəb olub.
Təhsil Nazirliyi müxtəlif sahələrdə çalışmış insanlara bir neçə saatlıq formasiya təşkil edərək, onlarla kontrakt bağlayıb.
Fransa təhsil naziri Pap Ndiaye bildirib ki, orta məktəb attestatı + 3 il ali tədris alan bu kontraktlı müəllimlər dərsi idarə edə biləcəklər. Müxtəlif sahələrdə işləmiş bu “yeni müəllimlər” müəllimlik fəaliyyətinə başlamaq üçün ümumilikdə 4 saat 15 dəqiqəlik şifahi testdən keçiblər. Məsələn, əvvəllər marketinq sahəsində işləyən bir fransız şifahi testdən sonra məktəbdə ingilis dili fənnini tədris edəcək.
Ancaq valideynlər belə vəziyyət qarşısında narahatlıqlarını bildirirlər. Bununla bağlı petisiya irəli sürərək, təhsil nazirinə açıq məktub ünvanlayıblar. Məktubda valideynlər tədris və təlimlə bağlı diplomu və təcrübəsi olmayan insanları müəllim postuna işə götürməyə etirazlarını bildiriblər. Bununla Təhsil Nazirliyinin uşaqları normal təhsildən məhrum etdiyini, məktəbi öldürdyünü yazırlar. Bunun qəbuledilməz olduğunu bildirirlər. Valideynlərin petisiyası minlərlə valideyn tərəfindən imzalanıb.

Tehsil-press.az


Oxşar xəbərlər