2021-2022-ci tədris ilində yeni icma əsaslı məktəbəqədər təhsil qruplarında çalışacaq, eləcə də işləyən bir qrup tərbiyəçi-müəllim üçün “Erkən yaşda uşaq inkişafı sahəsində bilik və bacarıqların artırılması üçün 108 saatlıq pedaqoji kurs” təşkil edilib.
Əvvəlcədən təlim keçmiş 21 müəllim Azərbaycan Dövlət və Pedaqoji Universitetinin (ADPU) 6 mərkəzində (Bakı, Quba, Cəlilabad, Ağcabədi, Şəki və Şamaxı) növbəti 5 həftə ərzində 370 tərbiyəçi-müəllimə məktəbəqədər təhsillə bağlı nəzəri və praktik bilikləri çatdıracaqlar.
Pedaqoji kursun məqsədi regionlarda “İcma əsaslı məktəbəqədər təhsil” layihəsində fəaliyyət göstərən tərbiyəçi-müəllimləri erkən yaşlı uşaqların inkişafı ilə bağlı təlimləndirmək, bilik və bacarıqlarını artırmaqdır. Bu pedaqoji kurs ADPU-nun Məktəbəqədər təhsil fakültəsini daha müasir, yeni yanaşmaları əhatə edən zəngin materiallarla təmin edəcək.
Qeyd edək ki, pedaqoji kurs Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi ilə ADPU-nun birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Tehsil-press.az