Tədris ilinin son səyyar qəbulu

Tədris ilinin son səyyar qəbulu İyunun 8-də 2017-2018-ci tədris ilinin son səyyar qəbulu keçiriləcək.
Paytaxtın Suraxanı və Xətai rayonları üzrə təşkil olunacaq qəbulda müəllim və valideynlərin müraciətləri dinləniləcək.
Bakıdakı 280 nömrəli tam orta məktəbdə keçiriləcək səyyar qəbul saat 10.00-da başlanacaq.
Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.
Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Tehsil-press.az

Oxşar xəbərlər