İnzibati rəhbər vəzifələr üzrə test imtahanı vermək üçün 24 nəfər qeydiyyatdan keçib

İnzibati rəhbər vəzifələr üzrə test imtahanı vermək üçün 24 nəfər qeydiyyatdan keçib Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə sentyabrın 11-də keçiriləcək test imtahanına qeydiyyat aparılır.
İmtahana qeydiyyat sentyabrın 9-u saat 14:00-dək davam edəcək. İmtahan Bakı şəhəri, Nəsimi rayonu, Əbdulvahab Salamzadə küçəsi, 28 ünvanında kompüter vasitəsilə keçiriləcək. Bu günə olan məlumata görə, 24 (AB - 8, AC - 16) nəfər qeydiyyatdan keçib.
Qeyd edək ki, imtahan vermək istəyən namizədin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat DİM-in saytında) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahan vermək üçün DİM-in internet portalında dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Tehsil-press.az


Oxşar xəbərlər