Rusiya meymunçiçəyinə qarşı peyvənd hazırladı

Rusiya meymunçiçəyinə qarşı peyvənd hazırladı Rusiyanın Federal Tibbi-Bioloji Agentliyi meymunçiçəyinə qarşı peyvənd hazırlayıb.
Bu barədə məlumatı agentliyin rəhbəri Veronika Skvorçova Şərq İqtisadi Forumunda çıxışı zamanı açıqlayıb.
Onun sözlərinə görə, hazırda preparat preklinik tədqiqatdan keçirilir.
Xatırladaq ki, Rusiyada meymunçiçəyinə ilk yoluxma halı iyul ayında qeydə alınıb. Sözügedən xəstə avqust ayında xəstəxanadan evə buraxılıb. Ölkədə meymunçiçəyinə başqa yoluxma halı qeydə alınmayıb. 

Tehsil-press.az

Oxşar xəbərlər